Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Chrome”da reklamları blok edən funksiya olacaq

“Google” şirkəti özünün “Chrome” brauzerinə reklamların blok olunması funksiyasını əlavə edəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Yeni funksiya 2 iş rejiminə malik olacaq. O, həm ekrana avtomatik çıxan reklam “pəncərələrini” və videolarını, digər zəhlətökən reklamları, eləcə də saytlardakı bu tip reklamlarla bağlı bütün elanları blok edə biləcək. “Google” yeni funksiyanı həm destkop, həm də mobil versiya üçün əlçatan etməyə hazırlaşır.   

 

İlk baxışdan yeni funksiya “Google” üçün sərfəli görünmür, çünki şirkətin əsas gəlir mənbəyi məhz reklamlardır. Lakin şirkətdən bildiriblıər ki, bu, müdafiə xarakterli addımdır. Belə ki, hazırda online reklamların blok olunması xidmətləri sürətlə yayılır. Bəzi qiymətləndirmələrə görə, ABŞ-da istifadəçilərin 26%-i blok xidmətlərindən yararlanır. Öz brauzerində bu cür funksiya yaratmaqla “Google” əslində blok xidmətlərindən istifadənin artmasının qarşısını almaq məqsədi güdür.

 

Yeni funksiyanın bir neçə həftə ərzində istifadəyə veriləcəyi gözlənilir.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017