Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Qualcomm”un gəlirləri və mənfəəti azalıb

“Qualcomm” şirkəti 2017-ci maliyyə ilinin ikinci rübünün hesabatını dərc edib.
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, şirkət üçün hesabat dövrü martın 26-da yekunlaşıb.
 
Üç ay ərzində “Qualcomm”un gəlirləri 5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Əvvəlki rüblə müqayisədə isə şirkətin gəlirləri 16 faiz az olub.
 
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 0,7 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki dövrdən 48 faiz az, əvvəlki rübün göstəriciləri ilə müqayisədə isə 6 faiz aşağıdır.
 
Şirkətin xalis mənfəəti 0,7 milyard dollar olub ki, bu da bir il əvvəlki göstəricilərdən 36 faiz az, əvvəlki rübün göstəricilərindən 10 faiz çoxdur.
 
Hesabat müəllifləri bildirirlər ki, məhkəmə qərarı ilə “BlackBerry” şirkətinə 974 milyon dollar həcmində ödəniş edilməsi nəticələrə öz təsirini göstərib.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017