Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”ın yeni ofisindən son görüntülər -

İnternetdə ABŞ-ın “Apple” korporasiyasının inşaatı başa çatmaqda olan ofis kompleksinin yeni görüntüləri yayılıb.

 

İKT.lent.az-ın xəbərinə görə, video “YouTube”dakı “Duncan Sinfield” kanalında yerləşdirilib.

 

“Apple Campus 2”də tikinti demək olar ki, sona yetib. Binanın perimetri üzrə şüşə panellərin, eləcə də binanın damında günəş panellərinin quraşdırılması yekunlaşıb. Hazırda binanın içərisində işlər davam edir, mebellər yerləşdirilir. Paralel olaraq ofis kompleksinin çevrəsində abadlaşdırma işləri aparılır.

 

Qeyd edək ki, nəhəng ofis Kaliforniyanın San Xose şəhərində tikilib. Yaxın aylarda kampusun açılışı gözlənilir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017