Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Əfsanəvi "Nokia 3310"-un yeni modeli mayda satışda olacaq

"Nokia"nın məşhur 3310 modelinin yenilənmiş versiyası may ayında satışa çıxarılacaq.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, Böyük Britaniyada yeni modelin qiyməti 49 avro olacaq.

 

Yeni "Nokia 3310"-un 2 meqapiksel ölçülü kamerası və enerji doldurulmadan 3 həftə işləyə biləcək akkumulyatoru olacaq. Telefonun paneli qırmızı, sarı, qara və boz rənglərdə olacaq.

 

Artıq bu modelə 3 mindən çox sifariş qəbul olunub.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017