Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Naqilsiz qulaqcıqlar sahibini izləyir? - İDDİA

Naqilsiz qulaqcıq istehsalçısı “Bose” şirkəti qalmaqalla üzləşib. 

İKT.lent.az-ın “oane.ws” saytına istinadən xəbərinə görə, məlum olub ki, cihaz öz sahiblərini izləməyi bacarırmış. Belə ki, məlumatlar cihazdan maraqlı olan şəxslərə ötürülə bilər.

Belə bir bəyanatı Kayl Zak adlı istifadəçi səsləndirib. O iddia edir ki, “Bose” şirkətinin istehsalı olan “QuietComfort 35” qulaqcıqları istifadəçilərin dinlədiyi musiqilər barədə məlumatları toplayır. Sonradan isə bu məlumatlar kommersiya məqsədləri ilə istifadə olunur.

Mütəxəssislərin sözlərinə görə, istifadəçilərin seçimi olan musiqilər barədə məlumatları “Bose Connect” proqramı ötürür. Məlumatlar “Segment.io” xidmətində toplanır və oradan reklam şirkətlərinə verilir. Öz növbəsində “Bose Corp.” şirkətinin nümayəndələri bu iddialarla bağlı hər hansı şərh verməkdən imtina ediblər. 

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017