Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” 200 milyon “iPhone 8” satmağı planlaşdırır

Mikrosxem tədarükçüləri “Apple” korporasiyasından aldıqları sorğudan sonra istehsalı genişləndirir.

İKT.lent.az-ın “GSMArena” nəşrinə istinadən verdiyi məlumata görə, satışların yüksək gözləntiləri səbəbindən istehsalçılar 2017-ci ilin ikinci yarısında hər rüb ərzində 50 milyon ədəd çipset istehsal edəcəklər.

 

Çin prosessor istehsalçılarına bağlı mənbələr bildirir ki, “Apple” “iPhone 8” adlanacaq özünün yubiley smartfonundan təxminən 220-230 milyon ədəd satmağı planlaşdırır. 

Xüsusi olaraq “Apple” üçün yaradılmış A11 prosessoru TSMC şirkəti tərəfindən NXP və “Qualcomm” şirkətlərinin köməyi ilə istehsal olunacaq. Dekabrın 31-də yekunlaşmış 2017-ci maliyyə ilinin birinci rübündə “Apple” 78,3 milyon “iPhone” satıb ki, bu da ötən ildəkindən 18 faiz çoxdur.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017