Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” vertolyotla internet paylayacaq

“Facebook” şirkəti F8 konfransında bəyan edib ki, “Tether-tenna” layihəsinə başlanmaq haqqında qərar qəbul edib.

 

İKT.lent.az-ın “belta.by” saytına istinadən xəbərinə görə, layihə planetin hər bir sakininin “Facebook” sosial şəbəkəsinə girişini təmin etmək istəyindən yaranıb.

 

İnternetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq.
 

“Tether-tenna” layihəsinin sınaqları hələ keçirilməsə də, “Facebook” şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017