Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” martda rekord sayda smartfon satıb

Ötən ay “Xiaomi” 6,3 milyon ədəd smartfon satıb.

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən xəbərinə görə, bu barədə məlumat dünən “Weibo” poçt qutusunda aşkar edilib. Məlumatda həmçinin deyilir ki, “Xiaomi” özünün telefon biznesini restrukturizasi edir.

“Xiaomi”nin baş direktoru Ley Zün (Lei Jun) bildirib ki, bu ayın əvvəlində şirkətin 7 illiyini qeyd etdikdən sonra keçirilən ümumi yığıncaqda telefon biznesinin restrukturizasiyası ilə bağlı müzakirə aparılıb. Bu il 3 əsas aspektə diqqət yönəldiləcək. Bunlar innovasiyalar - əsas texnologiyalar üzrə ixtiralarla işlə bağlıdır. Həmçinin keyfiyyətdir - rəqiblərdən üstün olan məhsul və çatdırılmalıdır. Bu isə təchizat məsələsinin həlli yolları axtarmağı zəruri edir.

Çatdırılma “Xiaomi” üçün əsas problem olaraq qalır. Ötən il Çin istehsalçısı satışların azalması ilə üzləşib ki, bu da qismən çatdırılma problemlərindən irəli gəlib. Mart ayında qeydə alınan satışlara baxdıqda görünür ki, vəziyyət yaxşılaşır. Bu ilin məqsədi 70 milyon ədəd smartfon tədarük etməkdir. Əgər “Xiaomi” bu rəqəmi üstələsə, mütləq öz məqsədlərinə çatmış olacaq.

İDC analitik şirkətinin hesabatı göstərib ki, “Xiaomi” yalnız ötən il 41,5 milyon ədəd telefon tədarük edə bilib ki, bu da 2015-ci ildəkindən (64,8 milyon ədəd) 36 faiz azdır.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017