Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Uçan avtomobil 1 milyon dollardan baha olacaq -

Slovakiyanın "AeroMobil" şirkəti Monakoda keçirilən sərgidə özünün uçan avtomobilini təqdim edib.

 

İKT.lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, avtomobil üçün artıq ilkin sifarişlərin qəbuluna başlanıb.

 

Uçan avtomobilin dəyəri 1 milyon dollardan artıqdır və 2020-ci ildən etibarən alıcıların istifadəsinə veriləcək.

 

Hibrid mühərriklə təchiz olunmuş maşını həm yerdə, həm də göydə sürmək mümkün olacaq. Yerdə maksimal sürəti 160 km/saat, maksimal gedişi 700 km olacaq. Göydə isə bu göstəricilər müvafiq olaraq 360 km/saat və 750 km olacaq. Avtomobili uçuş rejiminə keçirmək üçün 3 dəqiqə lazım gələcək.

 

Nəqliyyat vasitəsi həm avtomobil, həm də uçan aparat kimi qeydiyyatdan keçəcək. Bu isə o deməkdir ki, onu idarə edən şəxsin həm sürücülük vəsiqəsi, həm də pilot lisenziyası olmalıdır.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017