Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Yandeks” onlayn tibbi xidmətlər göstərəcək

“Yandeks” korporasiyası istifadəçilərin uşaq mütəxəssisi və ya pediatrla onlayn rejimdə məsləhətləşə biləcəyi yeni layihəsini işə salıb. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, hələlik əlavə test rejimində çalışır.

24 saat ərzində internet doktor video əlaqə ilə qəbul keçirəcək və ya çat vasitəsilə məsləhətlərini verə biləcək. Belə xidmət 499 rubla və ya 15 manata başa gələcək. Tərtibatçıların əsas məqsədi ondan ibarətdir ki, insanlar özünü müalicə etməkdən imtina etsinlər. Çünki bu, bir çox hallarda onların sağlamlığına zərərli təsir göstərir. Əgər problem yaranıbsa, həkimlə dərhal məsləhətləşmə tələb olunursa, “Yandeks” mehribanlıqla onu təmin edəcək.

Şirkət nümayəndələri iddia edir ki, mütəxəssislər yüksək təcrübəlidirlər və mütəmadi olaraq yoxlamalardan keçirlər. Artıq onların köməyi ilə arzu edən şəxslər analizləri aydınlaşdıra, yaxud bu və digər xəstəliklərin əlamətlərini öyrənə biləcəklər. Mobil əlavələr vasitəsilə istifadəçilər paytaxtın özəl klinikalarında qəbullara yazıla biləcəklər.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017