Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy” S8 və S8+ satışa çıxarıldı

Bu gündən başlayaraq “Samsung” şirkətinin flaqmanları olan “Galaxy S8” və “S8+” modellərinin Kanada, Cənubi Koreya, ABŞ və Puerto-Riko bazarlarında satışlarına start verilib. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, Rusiyada yeniliyi aprelin 28-dən başlayaraq əldə etmək mümkün olacaq. Hazırda isə sifarişlər etmək mümkündür.
 
Daha öncədən sifarişlər vermiş Koreya və ABŞ-dan olan istifadəçilər artıq “Samsung”un S8 və S8+ flaqman modellərini əldə etməyə başlayıblar. Şəbəkədə isə yenilikdən o qədər razı olmayan simaların rəyləri yayılmağa başlayıb. Displeyinin müəyyən qırmızı çalarları görüntülənib, həmçinin tam işlənilməmiş səsli köməkçi funksiyası nəzərə çarpıb. ABŞ və Koreya mobil operatorları anbarlarda “Galaxy S8+” modellərində müəyyən qıtlığın müşahidə olunduğunu da təsdiq edirlər. 
 
Artıq üzümüzə gələn bazar ertəsindən smartfonlar digər ölkələrin bazarlarına da çıxarılacaq. Rusiyada sifarişlə bu smartfonun qiyməti 54 990 - 59 990 rubl və ya 1 666 - 1 818 manat təşkil edir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017