Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Windows”dakı virus brauzerlərdən şifrələri oğurlayır

Rusiyalı proqramçılar “Windows” əməliyyat sistemində yeni virus aşkar ediblər.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, təhlükəli troyan “Internet Explorer”, “Mozilla Firefox” və “Google Chrome” brauzerlərinə daxil olub istifadəçinin login və şifrələrinə çıxış əldə edir.

Mütəxəssislər bildirirlər ki, yeni virus sistem qovluqlarının kökünə daxil olmaq iqtidarındadır və antivirus proqramları üçün görünməz olaraq qalır. Troyan qovluqlarda oturuşduqdan sonra əməliyyat sisteminə uyğunlaşır. Bundan sonra kompüter qoşulduqda virus aktivləşir. Proqramçılar bildirir ki, ziyanverici proqram istifadəçinin təsdiqi olmadan əlavələr yükləməyi bacarır. 

Virus populyar brauzerlərdə göndərilən formanın pəncərələrində bütün şifrə və loginləri oxumağı bacarır. Bundan sonra məlumat qarətçilərin əlinə keçir. Hazırda çoxlu sayda belə haker hücumlarından əziyyət çəkənlər qeydə alınıb.

Aprelin 23-də Danimarkanın Müdafiə Nazirliyi elan edib ki, rusiyalı hakerlər artıq iki ildir müddətində dövlətin məxfi məlumatlarına giriş əldə edirlər. Onların sözlərinə görə, bu prosesdə Rusiya kəşfiyyatı da iştirak edir.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017