Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bakıda "Samsung Galaxy S8"in təqdimatı keçirildi -

“Samsung”un Bakı nümayəndəliyi tərəfindən yeni “Galaxy S8” və “Galaxy S8+” smartfonlarının rəsmi təqdimatı keçirilib.

 

İKT.lent.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, 5 may tarixindən rəsmi satışa çıxarılacaq “Galaxy S8”in qiyməti 1599 manat, “Galaxy S8+”un qiyməti isə 1799 manat olacaq. “İrshad Electronics” şirkətinin satışa nəzarət şöbəsinin rəhbəri Ariz Şıxəliyev bildirib ki, şirkət rəsmi distribütor olaraq “Samsung”un məhsullarının Azərbaycanda topdan satışını təşkil etmək üçün bir neçə ay öncə “Samsung Electronics”lə müqavilə imzalayıb.

 

“Samsung” “Galaxy S8” və “Galaxy S8+” smartfonlarına sahib olmağın iki fərqli yolu var. Belə ki, artıq mobil telefonları öncədən də sifariş etmək mümkündür. “Samsung Electronics”in rəsmi tərəfdaşları olan “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home” və “Soliton” şəbəkələrinin satış nöqtələrində smartfonu daha tez əldə etmək üçün 50 manat ödəyərək (bu vəsait smartfonun ümumi məbləğindən çıxılır) rəsmi satışdan bir həftə əvvəl - aprelin 29-da smartfona sahib olmaq mümkündür. Amma təkcə bu deyil. 64 Gb daxili yaddaşa malik smartfonla yanaşı, əlavə olaraq 128 Gb həcmində “Samsung MicroSD” kartı hədiyyə verilir. Kampaniya aprelin 28-dək davam edəcək, smartfonların sayı isə məhduddur.

 

“Galaxy S8” və “Galaxy S8+” smartfonları yüksək təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Belə ki, mobil telefonların göz skaneri (IRIS Scanner) ilə yanaşı, həm də barmaq izi skaneri və üz tanıma kimi təhlükəsizlik üsulları mövcuddur ki, bu da istifadəçilərin məlumatlarının təhlükəsizliyinin mükəmməl qorunması deməkdir. Smartfonun əsas kamerası “Dual Pixel” və “Multi Frame” texnologiyasına malikdir. Bu isə o deməkdir ki, kamera hərəkətdə olan və zəif işıqlanan obyektlərin bir neçə şəkilini çəkir, vahid bir şəklə birləşdirir, nəticədə şəkillər aydın və parlaq alınır. Həmçinin ön kamera avtofokusla təchiz olunub. Bundan başqa, “Galaxy S8” və “Galaxy S8+” həm də yeni, iki xətli, yüksək keyfiyyətli AKG qulaqcıqları ilə təmin edilib.

 

Bundan başqa, smartfonlar su və tozdan İP68 standartı ilə qorunur (30 dəqiqə ərzində, şirin suda, 1,5 m dərinliyində).

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017