Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya kəşfiyyatı Makronun qərargahına kiberhücum təşkil edib

Fransa prezidentliyinə ən şanslı namizəd, seçkilərin ilk turunun qalibi Emmanuel Makronun seçki qərargahının serverləri Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) hakerlərinin hücumuna məruz qalıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” Yaponiyanın antivirus müdafiəsi sahəsində ixtisaslaşmış “Trend Micro” şirkətinə istinadən məlumat yayıb.  

 

Şirkətin nümayəndəsi bildirib ki, Makronun qərargahının serverlərini “Piyadaların hücumu” adı ilə tanınan haker qrupu “sındırmağa” çalışıb. Hakerlər email vasitəsilə serverə virus proqramı daxil etməyə cəhd göstərib. Mütəxəssis deyib ki, hakerlərin dəst-xətti ötən il ABŞ seçkiləri öncəsi Demokrat Partiyasının serverlərinə, eləcə də 2016-cı ilin mayında Almaniya kansleri Angela Merkelin partiyasının serverlərinə qarşı hücumlarla eynilik təşkil edir.

 

Qeyd edək ki, Danimarka müdafiə naziri də rəhbərlik etdiyi qurumun rusiyalı hakerlərin hücumuna məruz qaldığını açıqlayıb.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017