Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Uşaqlar: İnternet aludəçiliyi valideynləri bizdən uzaqlaşdırır - SORĞU

"Digital Awareness UK" şirkəti 11-18 uşaq və yeniyetmələr arasında sorğu keçirib.

 

İKT.lent.az-ın "BBC News"a istinadən xəbərinə görə, rəyi soruşulanların 1/3-dən çoxu bildirib ki, valideynlərinin qadcetlərə daha az diqqət ayırmasını istəyərdilər.

 

Uşaqların 82%-i hesab edir ki, yemək vaxtı mobil qurğulara diqqət yetirməyə ehtiyac yoxdur. Respondentlərin 14%-i etiraf edib ki, valideynləri yemək zamanı da smartfonlarından ayrılmırlar. 95% valideyn isə bunu inkar edib.

 

Rəyi soruşulanların 22%-i deyir ki, valideynlərinin qadcetlərə diqqəti onların bir-birindən zövq almasına imkan vermir. 36% uşaq valideynlərinin mobil qurğuları kənara qoymasını istəyib, 46% valideyn isə buna diqqət yetirməyib.

 

Valideynlərin cəmi 10%-i hesab edir ki, onların qadcetlərə diqqəti uşaqlara mənfi təsir edir. 43%-i isə internetə daha çox zaman ayırdığını boynuna alır: 37% istirahət günlərində gündə 3-5 saat onlayn olur, 5% isə şəbəkədə 15 saat vaxt keçirir.

 

Uşaqlara gəlincə, onların 72%-i gündə 3-10 saat, 11%-i istirahət və bayram günlərində 15 saat, 3%-i isə 20 saat onlayn olur. Azyaşlıların 47%-i bunun yuxunun kəmiyyət və keyfiyyətinə təsir etdiyinin fərqindədir. Amma bu, cəmi 10% valideyni narahat edir.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017