Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“LG Display” şirkətinin gəlirləri yüzlərlə dəfə artıb

“LG Display” şirkəti martın 31-də yekunlaşmış bu ilin birinci rübündəki fəaliyyətinin hesabatını açıqlayıb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, şirkətin xalis mənfəəti 600 milyon dollar olub. Bir il öncənin eyni dövründə isə “LG Display”in xalis mənfəəti 970 min dollar təşkil edib.

Bu ilin birinci rübündə şirkətin əməliyyat gəlirləri 34,9 milyon dollar təşkil edib, ötən rüb isə bu rəqəm 901 milyon dollara qədər artıb. “LG Display”in dövriyyəsi bu müddət ərzində 17,9 faiz artaraq 6,2 milyard dollar təşkil edib.

“LG Display”in gəlirlərinin 43 faizi televizorlardan əldə olunub. İkinci yeri 26 faizlə smarfon üçün displeylər tutub. Üçüncü yeri 16 faiz payla planşet və noutbuklar üçün displeylər, dördüncü yeri isə 15 faiz payla monitorlar üçün displeylər tutub.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017