Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Lenovo” “Zuk” brendini ləğv edir

Ötən ay məlum olub ki, “Lenovo” gələcək smartfonlarında “Motorola” brendini qaytarmaq qərarına gəlib. 

İKT.lent.az-ın “Gizmochina” saytına istinadən verdiyi məlumata görə, bildirilirdi ki, şirkət smartfon bazarında “Lenovo” da daxil, bütün digər brendləri ləğv edəcək.

Sonuncusu daha inandırıcı olmasa da, “Zuk” brendinin ləğv ediləcəyinə şübhə qalmamalıdır. Ən azı analitik Pan Citanqa (Pan Jiutang) istinad edən mənbənin məlumatına inansaq, “Zuk Z3” smartfonu və ya brendin hər hansı digər yeni aparatı istehsal edilməyəcək. Brendin özünü isə ləğv edəcəklər.  

“Motorola” brendinə gəldikdə, onun yenidən istehsalına başlanacağı ilə bağlı məsələ açıq olaraq qalır.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017