Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia” ötən rüb də itkilərlə üzləşdi

“Nokia” şirkəti 2017-ci maliyyə ilinin birinci rübünün hesabatını açıqlayıb.

İKT.klent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, istehsalçı mövsümI amillərlə bağlı olan olduqca zəif göstəricilərini qeyd edib.

Şirkətin birinci rüb üçün gəlirləri 5,38 milyard avro olub ki, bu da ötən ilin analoji dövrünün göstəricilərindən 2 faiz azdır. Bu məbləğin böyük hissəsini “Nokia Networks Business” bölməsi qazanıb. Bu rəqəm 4,9 milyard avro olub ki, bu da bir il əvvəlki göstəricidən 6 faiz azdır.
 
Bununla belə, “Nokia Technologies” bölməsi şirkətə 247 milyon dollar gəlir gətirib və göstəricilərini 25 faiz artırıb. Bu, ötən rüb üçün “Nokia” bölmələri arasında illik nisbətdə ən böyük artım olub.
 
Ancaq hesabat dövrü 473 milyon avro həcmində itkilərlə yekunlaşıb. Bu rəqəm ötən ilki 623 milyon avro itkini əvəzləyib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017