Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yaxın illərdə oyun noutbukları bazarı artacaq

“Technavio” analitik şirkətinin mütəxəssisləri dünya bazarında oyun noutbukları ilə bağlı vəziyyəti öyrənib və yaxın illər üçün onun inkişafının proqnozunu müəyyən ediblər. 

İKT.klent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, analitiklər gözləyir ki, 2021-ci ilə qədər qeyd edilən bazar orta hesabla ildə 21 faiz böyüyəcək. Proqnoz özünü doğrultsa, 2021-ci ildə oyun noutbukları bazarının həcmi pul ifadəsində 22,52 milyard dollara çatacaq.

Oyun noutbukları alıcılarını “Technavio” mütəxəssisləri üç qrupa bölür. Bunlar adi oyunçular, maraq göstərənlər və peşəkarlardır. Zaman-zaman oynayanlar üçün 2016-cı ildə satışı həyata keçirilmiş bütün oyun noutbuklarının yarısından çoxu düşüb. Daha 39 faizini isə oyunlarla maraqlananlar təmin ediblər. Nəhayət, təxminən hər 10-cu oyun noutbuk peşəkarlar tərəfindən alınıb ki, onlar üçün oyunlar qazanc mənbəyidir.

Bu seqmentlərdə satışlar müxtəlif sürətlə artacaq. Analitiklər proqnozlaşdırır ki, adi oyunçular üçün noutbukların orta illik satış artımı 9 faiz səviyyəsində olacaq, oyunlara maraq göstərənlərə təxminən 21 faiz, peşəkarlar üçün təxminən 24 faiz təşkil edəcək.

Qalır bircə əsas oyun noutbuklarını istehsal edən şirkətlərin adlarını elan etmək. “Technavio” mütəxəssislərinin fikrincə, bunlar “Acer”, “Asus”, “Dell”, MSI və “Origin PC” şirkətləridir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017