Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Telegram" messencerində yeni funksiyalar peyda olacaq

"Telegram" messencerinin yaradıcısı Pavel Durov əlavənin yeni funksiyaları haqqında qaralamasını təqdim edib.

 

İKT.lent.az-ın RNS-ə istinadən xəbərinə görə, "Instagram"da nəşr olunan şəkildə daxili ödənişlər və videozənglər anons olunub.

 

Bildirilir ki, maliyyə əməliyyatları "Stripe" ödəniş sistemi vasitəsilə həyata keçiriləcək və buna görə messencer tərəfindən komissiya haqqı tutulmayacaq.

 

Bundan başqa, yalnız adı bəlli olan "Telescope" platforması da anons olunub.

 

Qeyd edək ki, martın 30-da "Telegram" səsli zənglər funksiyasını təqdim edib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018