Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Mail.ru Group”un xalis mənfəəti 25 faiz artıb

2017-ci ilin birinci rübündə Rusiyanın “Mail.ru Group” korporasiyası xalis mənfəətini 25 faizdən artıq artırıb.

İKT.lent.az “Mail.ru Group” şirkətinin yaydığı məlumata əsasən bildirir ki, artıq bu hesabatdan başlayaraq “Mail.ru Group” hər rüb maliyyə məlumatlarını dərc edəcək.

Əldə olunan məlumatlara əsasən, şirkətdə gəlirlərin ötən ilin birinci rübünə nisbətdə 16,5 faiz və ya 11,8 milyard rubl artacağını proqnozlaşdırırlar. Dəqiqləşdirilir ki, gəlirin böyük hissəsi məhz reklam seqmentindən əldə olunub və “Mail.ru Group” ümid edir ki, bundan sonra da müsbət dinamika nümayiş etdirməyə davam edəcək.

Bundan öncə “Mail.ru Group”da bildirirdilər ki, bu ilin birinci yarısında şirkətin rentabelliyi daha əvvəlkindən xeyli aşağı ola bilər. Mütəxəssislər qeyd edirlər ki, buna səbəb “Pixonic” oyununa, “Delivery Club” adlanan çatdırılma xidmətinə və “Yula” mobil klassifaydına investisiyaların yatırılması olub.

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018