Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Həmkarlarla qrup seks istəyənlər üçün əlavə yaradıldı

Xüsusi olaraq qrup halında sekslə məşğul olmaq üçün tərəfdaş axtaranlar üçün tərtib edilmiş “Feeld” əlavəsində yeni seçim yaradılıb.  
 
İKT.lent.az-ın “Independent” nəşrinə istinadən məlumatına görə, artıq bu seçim vasitəsilə həmkarlar arasında da həmfikir tapmaq mümkün olacaq. 
 
Tərtibatçılar “Feeld” xidmətinə xüsusi messencer əlavə ediblər. Bu messencer vasitəsilə istifadəçi seksual maraq nümayiş etdirdiyi həmkarlarını qeyd edə bilər. Əgər istifadəçi hər hansı həmkarı ilə əlaqə yaratmaq istəyirsə, bu funksiyadan istifadə etməlidir. Onun simpatiyası qarşılıqlı olarsa, xidmət o zaman müvafiq bildiriş göndərəcək. Yox, əgər həmkarı onu seks üçün o qədər də cazibəli hesab etmirsə, o zaman onu öz messencerində qeyd etməyəcək və simpatiya sirr olaraq qalacaq.

“Feeld”in yeni imkanlarından istifadə etmək üçün həmkarlar öz cihazlarına “Slack” çat xidmətini yükləməlidirlər. Tərtibatçılar əmindir ki, yeni əlavə iş mühitini xeyli yaxşılaşdıracaq və əməkdaşlar arasında həmfikir insanları tapmağa imkan verəcək. Ancaq onu da unutmamaq lazımdır ki, xidmət başında intim əlaqələr karyera inkişafında mənfi təsir göstərir.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017