Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyada ən çox smartfon satan şirkət hansıdır? - REYTİNQ

Dünya bazarında ən iri smartfon tədarükçülərinin reytinqi açıqlanıb. 

İKT.lent.az-ın “realnoevremya.ru” saytına istinadən verdiyi məlumata görə, bu reytinqdə ilk yeri Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti tutub. “Samsung” şirkəti bu ilin birinci rübündə 79,2 milyon ədəd smartfon tədarük edib. 

İkinci yerdə 51,6 milyon ədəd satış göstəricisi ilə “Apple” şirkəti qərarlaşıb. Üçüncü sıranı 34,2 milyon ədəd satışla “Huawei” şirkəti tutub.

Qlobal smartfon bazarında “Samsung”un payı 22,8 faiz, “Apple”in payı 14,9 faiz, “Huawei” şirkətinin payı isə 9,8 faiz təşkil edib. 

İDC analitik şirkətinin məlumatına görə, cəmi bu ilin birinci rübündə dünya üzrə 347,4 milyon ədəd smartfon satılıb. Bu isə 2016-cı ildəki göstəricidən 4,3 faiz çoxdur. 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018