Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sharp” yenidən maliyyə itkiləri ilə üzləşdi

“Sharp” şirkəti üçün maliyyə ili martın 31-də yekunlaşıb və bu həftə Yaponiya istehsalçısı müvafiq hesabatını dərc edib. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bir ildə “Sharp” şirkətinin gəlirləri 18,4 milyard dollar olub. Bu, ötən maliyyə ilinin nəticələrindən 16,7 faiz azdır. 

Bunun əvəzində şirkətin bir il öncə 1,45 milyard dollar həcmində qeydə alınan əməliyyat itkiləri əməliyyat gəlirləri ilə əvəzlənib və 0,56 milyard dollar təşkil edib. Hələlik vəziyyət xalis mənfəətin əldə edilməsinə qədər gəlib çıxmayıb və şirkət ziyanla işləməkdə davam edir. 

Qeyd etmək lazımdır ki, şirkətin aktivlərinin qiyməti bir ildə 14,01 milyarddan 15,91 milyard dollara qədər artıb. Bu, pul ekvivalentində 4,32 milyard dollar edir. Bir il öncə şirkət 2,47 milyard dollar vəsaitə sahib idi.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017