Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sony”nin unikal smartfonunun satışa çıxarılacağı vaxt açıqlandı

Bu ilin fevral ayında keçirilən “MWC2017” sərgisində təqdim olunan “Sony Xperia XZ Premium” smartfonunu iyunun 1-dən almaq mümkün olacaq.

İKT.lent.az-ın “rueconomics.ru » saytına istinadən verdiyi məlumata görə, smartfon ilk olaraq Yaponiyada satışa çıxarılacaq, sonradan isə Britaniyanın “Amazon” onlayn mağazalarından əldə etmək mümkün olacaq.   

Müasir texnologiya həvəskarları bu yeniliyi onun üçün gözləyir ki, bu smartfon saniyədə 960 kadra qədər tezlikdə video çəkiliş aparmaq imkanı olan unikal kameraya sahibdir.

Bundan başqa, “Sony” şirkəti öz flaqmanını “Snapdragon 835” prosessoru və 4K genişlənməli ekranla təchiz edib. 

Bundan öncə isə “Xiaomi” şirkəti özünün “Mi 360 Panoramic” adlanan ilk panoram kamerasını təqdim edib.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017