Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" növbəti AppLab müsabiqəsinin qaliblərini seçdi -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşıb.

 

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, bu dəfə müsabiqəyə sahənin ən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.

 

28 aprel 2017-ci il tarixində AppLab Mərkəzində "Bakcell" şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.

 

"Bakcell" şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalar axtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif  cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər", - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

 

Qeyd etmək lazımdır ki, "Bakcell" şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusilə proqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isə qruplara öz ideyalarının inkişaf etdirilməsi üzərində diqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.

 

2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan 20 layihə İT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixində dinlənilərək  qiymətləndirilib. Həmin 20 layihədən  proqramda iştirak etmək üçün mümkün 25 xaldan 20 və daha çox xal qazanan 7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilən ideyanın nə dərəcədə innovativ olması, real yanaşma, biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi. Layihələrin qısa təsviri aşağıda təqdim edilib:

 

  • Blutu - “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .
  • ARzoom - interaktiv “Artırılmış reallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.
  • Buket.al - gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində - Bakı, Sumqayıt və Gəncədə  pulsuz çatdırılmasını təmin edir.
  • Garden - insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.
  • Mango - istifadəçilərə səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. İstifadəçilər “Mango”nun təklif etdiyi variantı və yaxud üstünlük verdikləri mümkün variantları seçə bilərlər.
  • CineManiac - “bulud texnologiyası” əsasında yaradılmış və istifadəçilərə filmlərə müxtəlif dillərdə baxmaq imkanı verən inteqrasiya edilmiş yerli tətbiqdir. Bundan əlavə, bu tətbiqin vasitəsilə filmləri yükləyib sonradan onlara internet bağlantısı olmayan istənilən yerdə baxmaq olar. Nəhayət, bu tətbiq yerli kino sənayesinin inkişafı və inteqrasiyası üçün geniş üfüqlər açır.
  • MoodMusic - istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun olan musiqiləri  dostları və digər insanlarla paylaşmağa imkan verən sosial şəbəkə platformasıdır.

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. "Bakcell" mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017