Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Avtomagistralda selfi çəkən gənci maşın vurdu

Almaniyada avtomagistralın ortasında selfi çəkən Şotlandiya vətəndaşını avtomobil vurub.

 

İKT.lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, hadisə Hamburq şəhərinin şərqində, A24 avtomagistralında baş verib. Üç nəfər gənc qarşı tərəfə keçərkən yolun ortasında dayanaraq selfi çəkmək istəyib. Bu zaman onlardan birini, 22 yaşlı şotlandiyalını 73 yalı sürücünün idarə etdiyi “Audi A6” avtomobili vurub. Nəticədə gənc ölüb. Onun dostları hadisədən şok keçiriblər və hadisə yerinə həkimlər gəlib.

 

Polis olaydan əvvəl gənclərin spirtli içki qəbul etdiklərini güman edir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017