Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Pampersin dəyişdirilmə vaxtını müəyyən edən cihaz yaradıldı 

Koreyada uşağın bezinin dəyişdiriləcəyi vaxtı müəyyən etməyi bacaran yeni cihaz yaradılıb. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, cihaz smartfon üçün xüsusi əlavə ilə işləyir.

İşləyən zaman cihaz havanın temperaturunu, nəmliyin dərəcəsini yoxlayır. Bundan sonra cihaz valideynin smartfonuna pampersin dəyişdirilməsinə ehtiyac olması ilə bağlı bildiriş göndərir.

 

Cihazı uşağın paltarının üzərində yerləşdirmək mümkündür. Startapın yaradıcısı Toni Park bildirib ki, o, uşaqların hansı səbəbdən ağladığını, onların niyə yatmadığını bilmirdi və ağlına belə bir ideya gəlib, uşaqların daşıması üçün xüsusi cihaz yaradıb. 

Onun sözlərinə görə, cihaz yükü digərlərindən yaxşı bölüşdürür, uzun müddət daşıdıqda bel və çiyinlərdə ağrılar olmur. Cihaz avqust ayında ilk olaraq yalnız Koreyada satışa çıxarılacaq.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017