Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Plastikdən hazırlanmış raket mühərriki sınaqdan çıxarıldı -

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MİT) mütəxəssisləri dünyada 3D printerlə çap edilmiş plastikdən hazırlanmış ilk raket mühərrikini sınaqdan keçiriblər.

 

İKT.lent.az-ın xəbərinə görə, sınağın qısa videosu “YouTube”da yerləşdirilib.  

 

Sınaqdan sonra mühərrikin korpusu çox az əriməyə məruz qalıb və mühəndislər bunu pis nəticə saymır. İndi onlar tam plastik raket hazırlamaq istəyirlər. Bu raket metal analoqundan daha ucuz olacaq.

 

Ümumilikdə məqsəd raket istehsalına çəkilən xərcləri azaltmaqdır. Belə ki, plastiki çap edən 3D printerin qiyməti 14 min dollar olduğu halda, metal tərkibli analoji detalların hazırlanması xeyli baha başa gəlir.  

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017