Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Twitter" ayətullah Xamneinin səhifəsini blokladı

"Twitter" sosial şəbəkəsi İranın ali lideri, ayətullah Əli Xamneinin səhifəsini bloklayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

 

Əli Xamneinin ərəb dilində paylaşımlar edilən səhifəsi bağlanıb. Onun ingilis, fransız və ispan dilərində də səhifələri var. 

 

"Twitter" rəhbərliyi hələlik bu addımın səbəblərini izah etməyib. "Mehr" agentliyi isə bunu düşmənçilik adlandırıb.

 

Qeyd edək ki, daha öncə ayətullah Xamneinin səhifələri dəfələrlə haker hücumlarına məruz qalıb.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018