Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin nəhəng döyüş robotu yaratdı -

Çinin “Greatmetal” şirkətinin tərtibatçıları Pekində keçirilən “G-Festival” festivalı çərçivəsində “Monkey King” (“Meymunların kralı”) adlı nəhəng döyüş robotunu geniş ictimaiyyətə təqdim ediblər.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, yeni idarə olunan robot bu ilin avqust ayında özünə bənzər robotla rinqdə döyüşəcək. 

Fantastik filmlərdə robotların iştirakı ilə izlədiyimiz həyəcanlı süjetlər tədricən reallığa çevrilir. Onların ən yaxşısı isə artıq Yaponiya və ABŞ-da populyar olmuş idman arenalarında keçirilən çempionatda müəyyən edilir. Çindən olan yeni robot “Monkey King” adını özünün nəinki dörd ayağı, hətta arxa ayaqları üzərində hərəkət etmək kimi unikal qabiliyyəti sayəsində qazanıb. 
 
“Greatmetal” şirkətinin nümayəndələri bildiriblər ki, 4 ton çəkisi olan robotun ziyarətçilər qarşısında şou göstərməsi üçün iki ay müddətində sərasər işləmək lazım olub. Tərtibatçılar yaratdıqları robotun döyüş qabiliyyəti ilə bağlı şərh vermək istəməyiblər. Məlumdur ki, “Monkey King” liderlik uğrunda bu il ərzində amerikalı MK.3 və yaponiyalı “Kuratas” robotları ilə döyüşəcək.

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017