Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S8”dən şikayətlər başladı

Satışına yeni start verilən “Samsung Galaxy S8” barədə ilk şikayətlər eşidilməyə başlanıb.

 

İKT.lent.az-ın “Digital Trends”ə istinadən verdiyi məlumata görə, bir neçə istifadəçi smartfonun daimi şəkildə yenidən yüklənməsi (restart) problemi ilə üzləşdiyini bildirib. Məsələn, istifadəçilərdən biri 10 saat ərzində cihazda 7 dəfə öz-özünə yüklənmə baş verdiyini bildirib. Digəri isə deyib ki, onun “Galaxy S8”i bir həftə ərzində 12 dəfə özbaşına restart olub.

 

Hətta bəziləri öz smartfonlarını yenisi ilə dəyişdirdikdən sonra da analoji problem təkrarlanıb.

 

Hələlik “Samsung” şirkəti məsələyə hər hansı şərh verməyib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017