Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” şirkəti “Mi 6 Plus”un istehsalından imtina etdi

Çinin smartfon istehsalçısı “Xiaomi” şirkəti bu il təqdimatı baş tutmalı olan “Xiaomi Mi 6 Plus” smartfonunun istehsalından imtina edib. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, belə bir qərarı verilməsinə səbəb şirkətin modelləri arasında daxili rəqabətə yol verməməkdir.

Məsələ burasındadır ki, 2017-ci ilin yayında “Xiaomi” şirkəti yeni “Xiaomi Mi Note 3” smartfonu istehsal etməyi planlaşdırır. Bu smartfon 5,7 düym ölçülü ekran, yeni “Qualcomm Snapdragon 835” prosessoru, 6 Gb əməliyyat yaddaşı və 128 Gb daxili yaddaşı ilə öyünə bilər.

Mahiyyətcə “Mi 6 Plus” və “Mi Note 3” smartfonlarının texniki xüsusiyyətləri çox az fərqlənir. Bu səbəbdən “Xiaomi” “Mi 6 Plus” modelinin istehsalından imtina etmək qərarına gəlib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017