Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone” satışı azalıb, “Apple”in gəlirləri artıb

2017-ci maliyyə ilinin ikinci rübündə “iPhone” satışları sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalıb. 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Apple” şirkətinin açıqladığı hesabatda deyilir. Buna baxmayaraq, şirkətin gəlirləri artıb. 

Şirkətin ümumi gəlirləri bu müddət ərzində 52,9 milyard dollar təşkil edib. Ötən il eyni dövr ərzində şirkət 50,6 milyard dollar gəlir əldə edib.

Bu ilin aprelin 1-də yekunlaşmış ikinci maliyyə rübü ərzində şirkət 50,8 milyon ədəd smartfon satışa çıxarıb. Bir il öncə eyni dövr ərzində şirkət 51,2 milyon ədəd cihaz satışını həyata keçirib.

Bununla belə, şirkətin bütün satdığı cihazlardan mənfəəti 1 faiz artaraq ötən ilki 32,9 milyard dollar nisbətində 33,3 milyard dollar təşkil edib. 

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017