Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei” onlarla ölkədə smartfon satışını 50-100 faiz artırıb

Bu ilin birinci rübündə Çinin “Huawei” şirkətinin smartfon tədarükü 34,55 milyon ədəd təşkil edib. Bu, bir il öncəki analoji dövrlə müqayisədə 21,6 faiz artım deməkdir.

İKT.lent.az-ın “Mydrivers” resursuna istinadən verdiyi məlumata görə, bu barədə şirkətin “Consumer Business” bölməsinin hesabatında deyilir.

Bu, “Huawei”ə öz mövqelərini gücləndirməyə və dünya smartfon bazarında 9,8 faiz paya sahib olaraq üçüncü yeri tutmağa imkan verib.

Şirkət qeyd edir ki, ilin birinci rübündə dünyanın 52 ölkəsində tədarükün həcmi 50 faizdən çox artıb. Dünyanın 32 ölkəsində isə illik artım 100 faizdən də çox olub. Çin və Avropada “Huawei” smartfonlarının tədarükü 20 və 15 faiz müvafiq olaraq artıb. Cənub-Şərqi Asiya ölkələrində isə smartfon tədarükünün artımı 70 faizi ötüb.
 
İkinci rübdə isə şirkət özünün flaqman “Huawei P10” və “P10 Plus” smartfonları sayəsində mövqelərini daha da yaxşılaşdırmalıdır.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017