Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” siyasi liderləri Trampdan nümunə götürməyə çağırdı

“Twitter”in əməliyyat direktoru Entoni Noto ABŞ prezidenti Donald Trampın sosial şəbəkədəki aktivliyinə münasibət bildirib.

 

İKT.lent.az-ın xəbərinə görə, E. Noto D. Trampın yazdıqlarını bəyənmədiyini, lakin onun fəallığının şirkəti diqqət mərkəzinə çıxardığını söyləyib. O qeyd edib ki, insanlar “Twitter”ə nə baş verdiyinə baxmaq üçün gəlir və Tramp kimi nüfuzlu şəxslərin orada müzakirə təşkil etməsi sosial şəbəkənin missiyasını asanlaşdırır: “Biz istərdik ki, hər dünya lideri Twitter”dən seçicilərlə əsas təmas mexanizmi kimi istifadə etsin”.

 

Qeyd edək ki, hazırda Trampın “Twitter”də 28,6 milyon izləyicisi var. O, prezident kreslosuna əyləşməzdən əvvəl 24 milyon izləyiciyə sahib idi.

LENT

24 Aprel 2018
23 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018