Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”ın fəaliyyətindəki problem aradan qaldırıldı

Bütün dünyada populyar “WhatsApp” messencerinin fəaliyyəti yaranmış nasazlıqdan sonra tam bərpa edilib.


İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, xidmətdə yaranmış texniki problemlər iki saat müddətində davam edib və Rusiya, ABŞ, Avropa, Hindistan, Braziliya, Meksika və Cənubi Afrika Respublikasından olan istifadəçilərə toxunub.

“WhatsApp” rəhbərliyi texniki problemin həlli barədə qərar qəbul edib və populyar messencerin istifadəçilərindən üzrxahlıq edib. Şirkətin hesablamalarına görə, hazırda messencerin gündəlik olaraq təxminən 1 milyard istifadəçisi mövcuddur. Məlumatda xidmətin müvəqqəti söndürülməsindən söhbət gedib.

Xatırladaq ki, “WhatsApp” messenceri ABŞ-ın “Facebook” şirkətinə məxsusdur. Bu şirkət onu 2014-cü ilin fevral ayında 20 milyard dollara əldə edib. 

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017