Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” yeni əməliyyat sistemindəki brauzeri dəyişməyi qadağan etdi

Yeni “Windows 10 S” əməliyyat sistemində qurulmuş brauzeri dəyişmək mümkün olmayacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, istifadəçi rəsmi “Windows Store” mağazasından başqa brauzerlər yükləyə bilər, lakin onların hamısı yalnız standart “Microsoft Edge”də açılacaq. Bundan başqa, defolt axtarış sistemini də dəyişmək mümkün deyil. “Edge” və “İnternet Explorer”də standart axtarış sistemi “Bing”dir.

 

“Microsoft” yeni əməliyyat sistemini mayın 2-də təqdim edib. “Windows 10 S” ilk növbədə məktəblilər və tələbələr üçün nəzərdə tutulub və “Windows 10”un sadələşdirilmiş versiyasıdır. “Windows 10 S”də əlavələri yalnız “Windows Store”dan yükləmək mümkündür. Tərtibatçılar bunun təhlükəsizlik məqsədilə edildiyini deyiblər. 49 dollar xərcləyərək “Windows 10 S”i “Windows 10 Pro” səviyyəsinə qədər yaxşılaşdırmaq olar.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017