Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Strategy Analytics”: Smartfon bazarı bir ildə 6,1 faiz artıb

“Strategy Analytics” şirkətinin mütəxəssisləri smartfon bazarında ötən rübün nəticələrini açıqlayıblar. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, analitiklərin hesablamalarına əsasən, yanvardan mart ayına qədər üç ay ərzində 353,3 milyon ədəd smartfon satışa çıxarılıb. Bu, ötən ilki 333,1 milyon ədəd olan göstəricidən 6,1 faiz çoxdur.

Sahənin lideri “Samsung” şirkətidir. Bu şirkət bir il ərzində satışlarını 79,0 milyon ədəddən 80,2 milyon ədədə qədər artırıb. Ancaq bu, bazarın artımı üçün kifayət etməyib. Nəticədə Cənubi Koreya istehsalçısının payı bir ildə 23,7 faizdən 22,7 faizə qədər azalıb. 

İkinci yerdə yerləşən “Apple” şirkətinin də payı azalıb. Bu istehsalçı satışlarını bir ildə 51,2 milyon ədəddən 50,8 milyon ədəd smartfona qədər azaldıb. Nəticədə onun payı 15,4 faizdən 14,4 faizə qədər azalıb. 

İlk beşlikdə yer tutan “Huawei”, “Oppo” və “Vivo” şirkətlərinin isə payı artıb. Belə ki, “Huawei”in payı 8,5 faizdən 9,8 faizə, “Oppo”nun payı 4,7 faizdən 7,8 faizə, “Vivo” şirkətinin bazar payı isə 4,1 faizdən 6,3 faizə qədər artıb.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017