Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple Pay” ödənişlərinin həcmi 4,5 dəfə artıb

Ötən rüb ərzində illik müqayisədə “Apple Pay” vasitəsilə ödənişlərinin həcmi 4,5 dəfə artıb.


İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, bu barədə “Apple” şirkətinin rəhbəri Tim Kuk konfrans çərçivəsində bildirib.


Hesabatdan məlum olub ki, 2017-ci ilin birinci rübündə şirkətin gəlirləri artıb, cihazların satışı isə illik müqayisədə azalıb. Ən ciddi artım “Apple Pay” ödənişlərinin həcmində qeydə alınıb - 2017-ci ilin birinci rübündə ötən ilin analoji dövrü ilə müqayisədə maliyyə əməliyyatlarının sayı 4,5 dəfə çox aparılıb. Tim Kuk hansı həcmdə məbləğdən söhbət getdiyini açıqlamayıb.


Bundan əvvəl isə “Apple Pay” ABŞ-da pərakəndə ticarətçilər arasında ən populyar ödəniş xidməti elan edilib. Hazırda sistem dünyanın 15 ölkəsində istifadəyə verilib.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017