Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Daşınar cihaz bazarının yeni lideri məlum oldu

“Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri bu ilin birinci rübündə daşınar elektron cihazların tədarükü barədə məlumatları öyrənib və müvafiq hesabat dərc ediblər. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, onların hesablamalarına əsasən, cəmi üç ay ərzində 22 milyon ədəd daşınar cihaz tədarük edilib. Hesabat dövrünün nəticələrinə görə, bazarın təxminən 16 faizi tutan “Apple” şirkəti lider olub. Bundan öncə ilk yer “Fitbit” şirkətinə məxsus idi.

Ötən ilin birinci rübündə 18,2 milyon ədəd cihaz tədarük edilib ki, bu da bir il ərzində 21 faiz artım deməkdir. Analitiklərin fikrincə, bu səbəb Şimali Amerika, Qərbi Avropa və Asiyada saatların yeni modellərinə artan tələbat olub. 

“Apple” şirkəti bir ildə tədarükünü 2,2 milyon ədəddən 3,5 milyon ədədə qədər artırıb ki, bu da onun payının 12,1 faizdən 15,9 faizə qədər artmasına səbəb olub. 

İkinci yerdə “Xiaomi” şirkəti yerləşir. İl ərzində şirkət tədarükünü 3,8 milyon ədəddən 3,4 milyon ədədə qədər azaldıb. Nəticədə onun payı 20,9 faizdən 15,5 faizə qədər azalıb.

“Fitbit” şirkəti bir il öncə 4,5 milyon ədəd cihaz tədarük edib ki, cari rübdə cəmi 2,9 milyon ədəd cihaz istehsal edib. Nəticədə payı 24,7 faizdən 13,2 faizə qədər azalıb. Bazarın digər iştirakçıları ümumilikdə 12,2 milyon ədəd cihaz istehsal ediblər.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017