Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çinlilər “Nokia 3310”-un saxta variantını yaratdılar

Yenilənmiş əfsanəvi “Nokia 3310” telefonunun saxta versiyası Çin və Malayziyada satışa çıxarılıb. 

İKT.lent.az-ın “Cnbeta” portalına istinadən verdiyi məlumata görə, “S-Mobile S331” adlandırılan cihaz təxminən 36 dollar qiymətində alıcılara təqdim edilir. Telefonun orijinalı isə 55 dollara olmalıdır. 

Saxta versiyalı telefonun ekranında “Go to” düyməsi yoxdur. “Menu” bölməsi orijinal versiyada olduğu kimi ortada deyil, ekranın sağında yerləşir. Ekranın keyfiyyəti aşağıdır. Bundan başqa, başqa şriftdən istifadə olunur. Saxta aparatın düymələri kiçikdir və onlar qara rənglə örtülüb.

Qeyd edək ki, əfsanəvi “Nokia 3310” mobil telefonunun yenilənmiş versiyası bu ilin fevral ayında təqdim edilib. Yeniliyin Avropa regionunda satışlarına yaxın zamanlarda başlanılması gözlənilir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017