Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çində əsgərləri izləmək üçün xüsusi proqram əlavəsi yaradıldı

Çin ordusu smartfonlar üçün xüsusi proqram əlavəsi işləyib hazırlayır.

 

İKT.lent.az-ın xəbərinə görə, əgər Çin ordusunun hərbçiləri məxfi məlumatları başqasına danışarsa, bu proqram dərhal hakimiyyət orqanlarına informasiya ötürəcək.  

 

Yenilik barədə Çinin rəsmi hərbi qəzeti “The People's Liberation Army Daily” məlumat yayıb.
 

Proqram əlavəsi bir sıra saytları blok edəcək, ünsiyyət saatlarına məhdudiyyət qoyacaq və müəyyən sözləri izləyəcək. Əsgərlər internetdən istifadə qaydalarını pozarsa, proqram əlavəsi dərhal bu barədə yuxarı orqanları məlumatlandıracaq. Əsgərlərin istifadə etdiyi bütün telefon nömrələri və istənilən mobil telefon modelləri izlənəcək.
 

Hazırda proqram əlavəsi sınaqdan keçirilir. Yenilikdə məqsəd əsgərlərin mobil telefondan necə istifadə etdiyini nəzarətdə saxlamaq və konfidensial bilgilərin sızmasının qarşısını almaqdır.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017