Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən populyar “Samsung” mobil cihazları açıqlandı

“ScientiaMobile” analitik şirkətinin mütəxəssisləri bu ilin birinci rübündə əldə etdikləri statistikanı təhlil edib və daha çox populyar olan “Samsung” mobil cihazlarının müəyyən ediblər.

İKT.lent.az-ın “ScientiaMobile” nəşrinə istinadən verdiyi məlumata görə, “ScientiaMobile” analitikləri mobil cihazlardan qlobal şəbəkə resurslarına çıxışın məlumatlarına istinad edirlər.

Apreldə daha çox trafiki “Samsung Galaxy S7” smartfonlarının sahibləri istifadə edib, mart ayında ilk yer “Samsung Galaxy S5” modellərinə məxsusdur. Bu model 2015-ci ilin noyabr ayında, satışlara başlanılandan 579 gün sonra yayılma genişliyinə görə zirvəyə çatıb. 

“Samsung Galaxy S6”-nın yayılma piki isə 2016-cı ilin iyun ayına, satışların başlanıldığı 428 gündən sonra çatıb. “Samsung Galaxy S7” modeli özündən əvvəlki modelləri satışa başlanılması ilə 400 gün qabaqlayıb. Onun populyarlığı hazırda artmaqda davam edir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017