Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Meizu” şirkəti üç yerə parçalandı

Fəaliyyəti mobil cihazların istehsalına istiqamətlənmiş Çinin “Meizu” şirkəti üç ayrı bölməyə parçalanıb.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumatına görə, yeni yaradılan qruplar proqram tərtibatı və smartfonların təqdimatı ilə məşğul olacaqlar. 
 
“Meizu”nun əsas bölməsi bundan sonra yenə də orta kateqoriyada satılan flaqman mobil cihazların və elektronikanın istehsalı ilə məşğul olacaq. Müəssisəyə bundan əvvəl şirkətin baş direktoru vəzifəsini tutmuş Bay Yunsyan rəhbərlik edəcək. 

Korporasiyanın marketinq üzrə sabiq vitse-prezidenti Li Hanın rəhbərliyi ilə işləyəcək “Blue Charm” adlanan ikinci qrup ancaq bir model seriyalı smartfon istehsal edəcək.  

Parçalanmış “Meizu” şirkətinin üçüncü bölməsi “Flyme” adlanacaq. Bu qrupun tərtibatçıları istehsal olunan smartfonlar üçün sistem örtüyünün yaradılması üzərində işləmək niyyətindədirlər. Bölməyə rəhbərliyi Çin korporasiyasının texnologiyalar üzrə keçmiş vitse-prezidenti Yan Yan öz üzərinə götürüb.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017