Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“LG X Power 2” bu ay satışa çıxarılacaq

LG şirkəti artıq bu ayın sonunda “X Power 2” cihazının satışına başlayacağını bildirib. 

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumatına görə, cihaz Şimali Amerika, sonradan isə Avropa, Asiya, Latın Amerikası və digər regionların bazarlarına çıxarılacaq.

Yeniliyin qiyməti və dəqiq tarixi hələlik məlum deyil. “LG X Power 2”-ni bu yaxınlarda təqdim ediblər. Şirkətin bəyanatına əsasən, smartfonun köməyi ilə 18 saata qədər videoya baxmaq, 19 saata qədər internet səhifələri açmaq, 26 saata qədər dostlar, yaxınlar və digərləri ilə ünsiyyət qurmaq mümkündür. 

Cihaz HD genişlənməli 5,5 düym displeyə malikdir. İstifadəçim 1,5 GB və 2 GB daxili yaddaş arasında seçim edə bilər. “X Power 2” “Android 7.0 Nougat” və yuxarıda “LG Electronics” istifadəçi interfeysi ilə işləyir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017