Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən zəngin top-menecer - 236 milyon $ gəlir!

”Bloomberg”in versiyasına əsasən 2016-cı ilin ən yüksək gəlirli top-menecerlərinin siyahısı açıqlanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, siyahıda 1-ci yeri “Jet.com”un qurucusu,  “Walmart eCommerce U.S.” şirkətinin baş icraçı direktoru Mark Lor tutub. O, ötən il “Jet.com”u “Walmart”a satıb. 2016-cı ildə M. Lor 236 milyon dollar qazanıb ki, bunun 235 milyonu “Jet.com”un satışından əldə edilib. Bu sövdələşmə ABŞ elektron kommersiya bazarında startap alışına dair ən böyük razılaşmadır. Alqı-satqıdan sonra M. Lor “Walmart”ın elektron kommersiya bölməsində rəhbər vəzifəyə gətirilib. Onun maaşı 346 min dollardır.

 

“Apple” korporasiyasının baş direktoru Tim Kuk siyahıda 2-ci yerdədir. O, ötən il 150 milyon dollar qazanıb. Bu məbləğin böyük hissəsi səhmlərdən əldə edilib, əməkhaqqı ilə 3 milyon dollar olub.

 

“Goldman Sachs”ın sabiq vitse-prezidenti, hazırda “Evercore Partners Inc”in Direktorlar Şurasının sədri Con Vaynberq 3-cü sıradadır. O, ötən il 124 milyon dollar qazanıb.

 

“Alphabet”in baş direktoru Sundar Piçai siyahıda 4-cü pillədə qərarlaşıb. 2016-cı ildə onun gəliri 106,5 milyon dollar olub ki, bunun 650 mini qonorar, 105,4 milyonu səhm gəlirləri hesabına əldə edilib.

 

İlk beşliyi “Tesla” və “SpaceX”ın baş direktoru İlon Mask tamamlayır. Onun gəliri 99,7 milyon dollar olub.

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017