Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu rüb dünyada ən çox satılan smartfon hansıdır? - SİYAHI

“Strategy Analytics” şirkətinin analitiklərinin məlumatına əsasən, “Apple iPhone 7” smartfonları bu ilin birinci rübündə dünyada ən çox satılan smartfon olub.

İKT.lent.az-ın “BusinessWire” nəşrinə istinadən verdiyi xəbərinə görə, cihaz bu ilin ilk üç ayında 21,5 milyon ədəd tirajla satılıb və bu da ona bazarın 6,1 faizini tutmağa imkan verib. 

İkinci yerdə “iPhone 7 Plus” gəlir. Bu smartfon 17,4 milyon ədədlə satılıb və bazarın 4,9 faizinə sahib olub. Yəni hər iki “Apple” smartfonu ümumilikdə ilin ilk rübündə bazarın 10 faizini tutub.

Maraqlıdır ki, liderlərin ilk üçlüyünü heç də “Samsung” cihazı qapamır. Üçüncü yerdə “Oppo R9s” qərarlaşıb. Bu smartfon bazarın 2,5 faizinə sahib olub və 8,9 milyon ədəd nüsxə ilə satılıb. 

Sonrakı yerləri isə 2016-cı il istehsalı olan “Samsung Galaxy J3” və “Galaxy J5” tuturlar. Bu smartfonlar müvafiq olaraq 6,1 və 5 milyon nüsxə ilə satılıb, bazarın 1,7 və 1,4 faizinə sahib olublar.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017