Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ rabitə bazarında 3,1 milyard dollarlıq sövdələşmə!

ABŞ-ın iri rabitə operatoru “Verizon” şirkəti “Straight Path Communications Inc.” şirkətini satın alır.  

 

İKT.lent.az-ın xəbərinə görə, “Verizon” “Straight Path”in hər səhminə 184 dollar ödəməklə ümumilikdə 3,1 milyard dollar müqabilində şirkətə sahib olacaq. Anlaşma ilə əlaqədar “Straight Path” daha öncə “AT&T” ilə imzaladığı 1,6 milyard dollarlıq birləşmə sazişini ləğv edəcək. Birtərəfli ləğvə görə nəzərdə tutulan 38 milyon dollarlıq cəriməni “Verizon” ödəyəcək.

 

Sövdələşmənin 9 ay ərzində yekunlaşması gözlənilir. Sahə analitikləri bildirir ki, “Straight Path”in yuxarı tezlikli spektrdə yayım üzrə lisenziyaları ABŞ-da növbəti nəsil şəbəkələrin əsasını qoymağa kömək edə bilər. Əsas tezlik həcmlərini şirkət 15 il əvvəl alıb, lakin öz şəbəkəsini qura bilməyib və dövlət orqanları tərəfindən cərimələnib.

 

Qeyd edək ki, son 12 ay ərzində “Straight Path”ın bazar dəyəri 6 dəfədən çox artıb , “Verizon” isə eyni müddətdə 13% dəyər itirib. Lakin satınalma barədə xəbərlərin yayılmasından sonra “Straight Path” səhmlərinin dəyəri 20,3% ucuzlaşıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017