Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Asus”un xalis mənfəəti 26 faiz azalıb

“Asus” şirkəti 2017-ci maliyyə ilinin birinci rübünün hesabatını açıqlayıb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumata görə, hesabat dövründə istehsalçının gəlirləri 3,25 milyard dollar olub ki, bu da bir il əvvəlki göstəricidən 16 faiz azdır.

Şirkətin əməliyyat gəlirləri 18 faiz azalaraq 126 milyon dollar, xalis mənfəəti isə 120,8 milyon dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 26 faiz azalmaya bərabərdir.

Şirkətin gəlirlərinin 62 faizini masaüstü kompüterlərin satışı təmin edib. Daha 20 faiz isə mobil cihazların, 15 faiz komponentlərin, 3 faiz isə əşyaların interneti cihazlarının satışları təmin ediblər. 

Ayrıca olaraq sənəddə “ZenBook UX370” və “Vivobook Flip Tp401” noutbukları barədə də məlumatlar tapmaq mümkündür. Birincisinin qalınlığı 12 millimetr, ikincisinin isə 15 millimetr təşkil edəcək. Bununla belə, hər iki model çevrilə biləcək. “Asus” üçün əsas bazarlar ABŞ, Fransa, Rusiya, İspaniya, Türkiyə və Tayvandır.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017